KANAL24.AZ
Az Iw En Ru

Kadırov döyüşə görə həyəcanlanıb 8 kq arıqladı

   Çeçenistan prezidenti Ramzan Kadırov ağır çəkili boksçu Ruslan Çaqayevlə avstraliyalı Lukas Braun arasında keçiriləcək WBA üzrə Dünya Çempionu titulu uğrunda mübarizəyə görə çox həyəcan keçirir.

   Məlumata görə, Çeçen lider döyüşün istədiyi şəkildə bitməsi üçün Allaha yalvardığını bildirib:

   “Ruslan Çaqayev döyüşə görə heç bir həyəcan keçirmir. Mən ona görə çox narahatam, hətta bu müddətdə 8 kq arıqlamışam. Əgər duel sabah və ya birigün bitməsə, mən sistem qəbul etməli olacağam. Çünki digər sakitləşdirici iynələr artıq mənə kömək etmir”, - deyə Kadırov söyləyib.

   Qeyd edək ki, döyüş martın 5-də Qroznıda “Kolizey” idman-zalında olacaq.


05:04 05.03.2016
Xəbər lenti
Bütün xəbərlər