KANAL24.AZ
Az Iw En Ru

Türkiyə kuboku: "Fənərbaxça" yarımfinalda, "Beşiktaş" dayandı

   Türkiyə kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub.

   Son oyun günündə iki qarşılaşma baş tutub.

   Evdə "Amedspor"a 3:1 hesabı ilə qalib gələn "Fənərbaxça" yarımfinala adlayıb. "Beşiktaş" isə səfərdə "Konyaspor"a 0:1 hesabı ilə uduzaraq kubokla vidalaşıb.

   Qeyd edək ki, kubokun yarımfinalında "Fənərbaxça" və "Konyaspor"la yanaşı, "Qalatasaray" və "Rizəspor" klubları da mübarizə aparacaq. 


23:43 04.03.2016
Xəbər lenti
Bütün xəbərlər