KANAL24.AZ
Az Iw En Ru

Millimiz dünya reytinqində irəlilədi

   FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

   Ötən ayla müqayisədə Azərbaycan millisi 4 pillə irəliləyib.

   Ötən ay heç bir oyun keçirməyən yığmamız hazırda 300 xalla 112-ci pillədə qərarlaşıb.

   Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 4-cü, Çexiya 25-ci, Şimali İrlandiya 28-ci, Norveç 51-ci və San-Marino isə 198-ci pilləsində qərarlaşıb. 

   Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb. 


04:09 04.03.2016
Xəbər lenti
Bütün xəbərlər