KANAL24.AZ
Az Iw En Ru

"Qalatasaray" klubu Avropa kuboklarından kənarlaşdırılıb

UEFA Türkiyənin "Qalatasaray" klubunu Avropa Kuboklarından bir il müddətinə kənarlaşdırıb. "Report"un məlumatına görə, buna klubun Maliyyə "Fair Play"inin tələblərini pozması səbəb olub. 
 
Qərara əsasən, "sarı-qırmızılar" bu il avrokuboklara vəsiqə qazanmasalar, cəza bu hüququn qazanılacağı mövsümə şamil olunacaq. 
 
Qeyd edək ki, bir müddət öncə tərəflər arasında bu məsələylə bağlı danışıqlar aparılıb. "Qalatasaray"a 1+1 illik cəza təklif olunub. Danışıqlardan sonra isə bu cəza verilib. 

00:02 03.03.2016
Xəbər lenti
Bütün xəbərlər