KANAL24.AZ
Az Iw En Ru

Mişel Platini FİFA-nı məhkəməyə verdi

UEFA prezidenti Mişel Platini FİFA Etika Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib.

Kanal24-ün əldə etdiyi məlumata görə, M.Platini FİFA-nın onu 6 il futboldan uzaqlaşdırmasından narazılığını bildirib. 

Qeyd edək ki, FİFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.


21:06 02.03.2016
Xəbər lenti
Bütün xəbərlər