KANAL24.AZ
Az Iw En Ru

Fernando Alonso Bakıya gələcək

   Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gələcək.

   Bakı Şəhər Halqasının Əməliyyat Komitəsindən verilən məlumata görə, o, 2 günlük səfər zamanı tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək.

   Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.


21:06 02.03.2016
Xəbər lenti
Bütün xəbərlər