KANAL24.AZ
Az Iw En Ru

Şairin qızı işdən çıxarıldı- Arif Alışanovu tənqid etdiyinə görə

Görkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub. 
Bu barədə İntizar İsmayılın özü məlumat verib. 
 
İntizar İsmayıl deyib ki, işdən çıxarılmasına səbəb atasının AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib. 
 
İntizar İsmayıl İTV-də böyük redaktor vəzifəsində çalışırmış. 
 
Xatırladaq ki, görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz. 
(Moderator.az) 

 


00:15 02.03.2016
Xəbər lenti
Bütün xəbərlər