KANAL24.AZ
Az Iw En Ru

Milyon dollarlıq almaz taxan MƏŞHURLAR- FOTOLAR

88-ci “Oskar”mükafatlarının təqdimat mərasiminə təkcə aktyorların sevinc və kədəri yox, həm də qiymətli daş-qaş damğasını vurub.

 

Mərasimin ən diqqətçəkən ismi Ledi Qaqa olub.

1. Ledi Qaqa üzərindəki 8 milyon dollarlıq sırğaları ilə bir anda diqqət mərkəzinə çevrilib. Almaz qaşlarla bəzədilən və “Lorraine Schwartz” markasından olan sırğaların 90 karatlıq almaz olduğu deyilir. Bununla yanaşı Ledi Qaqanın barmağında nişanlısının hədiyyə etdiyi 1 milyon dollarlıq üzük də olub. 34 yaşlı nişanlısı Teylor Kinneyin hədiyyə etdiyi 6 karatlıq üzüyü də barmağından çıxarmayan Qaqa mərasimin ən “bahalı” xanımlarından oub.

2. Mərasimdə 2000-ci ildə dünya gözəli seçilən hindistanlı Priyanka Çopra da diqqət mərkəzində olub. O da “Lorraine Schwartz”dan 50 karatlıq almaz sırğalar taxıb ki, sıraların dəyəri 3,2 milyon dollar olub. Pryankanın 22 karatlıq almaz üzüyünün dəyəri isə 3,4 milyon dollar olub.

3. Heidi Klumun” Goldconda” markasından olan üç üzüyü 67 karat almaz olub və 2.5 milyon dollar dəyərində qiymətləndirilib.

4. Krissi Teigenin taxtığı rəngli almaz üzük və sırğa dəsti isə nə az nə çox- 2,8 milyon dollardır.

 


17:56 01.03.2016
Xəbər lenti
Bütün xəbərlər