KANAL24.AZ
Az Iw En Ru

“Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi keçiriləcək

   2016-2017-ci il konsert mövsümündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” beynəlxalq layihəsinin keçirilməsi planlaşdırılır.

   Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

   Martın 2-si və 4-də, aprelin 13-ü və 15-də Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində konsertlərin keçirilməsi nəzərdə tutulub.


19:43 28.02.2016
Xəbər lenti
Bütün xəbərlər