KANAL24.AZ
Az Iw En Ru

Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlığa maraq artır

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimi Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.

MATM-dan Kanal24.az-a bildiriblər ki, görüşdə bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı muzeyin elmi-kütləvi fəaliyyəti barədə ətraflı məlumat verib.

Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyi və İran muzeyləri arasında elmi sahədə əlaqələrin qurulması, gələcək layihələr barədə müzakirələr aparılıb.

Sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.


03:49 28.02.2016
Xəbər lenti
Bütün xəbərlər