Xəzər Universitetinin mühəndislik və tətbiqi elmlər fakültəsinin Türkiyənin Orta Doğu Texnik Universitetində bir semestrlik mübadilə proqramında iştirak etmək üçün seçilmiş iki tələbəsi bu ali məktəbdə təhsilinə başlayıb.
Xəzər Universitetindən Kanal24.az-a bildiriblər ki, bu mübadilə Erasmus Plus proqramı çərçivəsində hər iki ali məktəb arasında imzalanmış razılaşmaya əsasən həyata keçirilir.