KANAL24.AZ
Az Iw En Ru

Bakıda orta məktəbdə insident: müəllimə döyüldü

Bakının Səbail rayonunda orta məktəbdə insident baş verib. 

Kanal24 teleqraf.com-a istinadən xəbər verir ki, hadisə N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. 

Orta məktəbdə naməlum valideyn xuliqanlıq zəminində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Məlumata görə, Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir. 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır. 


16:56 26.02.2016