KANAL24.AZ
Az Iw En Ru

TQDK bu il keçiriləcək imtahanların və tədbirlərin vaxtını açıqlayıb

   Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək qəbul imtahanlarının və tədbirlərin vaxtını açıqlayıb.

   Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu I-IV qruplar üzrə aprelin 1-dən 28-dək, V qrup üzrə mayın 3-dən 17-dək aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə mayın 22-də, V qrup üzrə iyulun 5-də keçiriləcək. Cari ilin məzunları I və IV qruplar üzrə iyulun 15-də, II və III qruplar üzrə iyulun 23-də imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən birinci imtahan mayın 1-də, ikinci imtahan (birinci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) iyunun 12-də keçiriləcək.

   Ətraflı məlumatı TQDK-nın rəsmi internet saytından əldə etmək olar.


03:36 24.02.2016