KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan parlamenti DSMF-nin yeni büdcəsini təsdiq edib

    "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunda dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunur.

 

   DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, dəyişikliklər pensiyaların sosial müdafiəsinin güclənmdirilməsinə əlavə imkanlar yaradacaq.

   Dürüstləşdirilmiş büdcədə Fondun 2016-cı il gəlirləri və xərcləri 3 307,360 mln. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisindən 7,4% çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 mln. manatının və ya 36,2%-nin məcburi dövlət sosial sığorta haqları hesabına, 146 mln. manatı və ya 63,8%-nin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

   Bu ilin dürüstləşdirilmiş büdcəsinin layihəsində əhaliyə ödənişlər 3 239 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisindən 7,6% və ya 227,8 mln. manat artıqdır. Əmək pensiyaları ödənişləri ilə bağlı xərclər 3 136,1 mln. manat olmaqla təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3% və ya 212,5 mln. manat çoxdur.

   Qeyd edək ki, İclas zamanı millət vəkilləri dəyişikliklərin təsdiq edilməsinin leyhinə səs veriblər.


21:47 23.02.2016
Xəbər lenti
Bütün xəbərlər