KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın neft nəhəngi 25 min nəfəri işdən qovub

Neftin qiymətindəki dalğalanma enerji sektorundakı şirkətlərə mənfi təsir edir. Böyük zərərlə üzləşdiyini açıqlayan ABŞ-ın neft nəhəngi “Schlumberger” 25 min işçisini ixtisar edib.

CNN xəbər verir ki, bu ixtisarlar 2015-ci ildə həyata keçirilib. İşdən azad olunanlar isə şirkətin ümumi işçi qüvvəsinin 20 faizinə bərabərdir.

Şirkətin ötənilki gəlirləri 27 faiz, xalis qazancı isə 41 faiz azalıb. Dünyanın ən böyük neft şirkətlərindən olan “Schlumberger” neftin qiymətindəki ucuzlaşma səbəbindən 1 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb.

 


18:44 23.02.2016
Xəbər lenti
Bütün xəbərlər