KANAL24.AZ
Az Iw En Ru

​EIA: 2020-ci ilədək neftin qiyməti 80 dollara qalxacaq

   Neftin bir barelinin qiyməti 2016-cı ildə öz aşağı dəyər səviyyəsini saxlayacaq, lakin 2020-ci ilədək 80 dollar olacaq.

   Bunu Beynəlxalq Enerji Agentliyinin (EIA) baş direktoru Fatih Birol deyib.

   "Bu il biz əvvəlki kimi qiymətlərin aşağı olacağını, 2017-ci ilin ortalarında isə sıçrayış gözləyirik. 2020-ci ilədək bir barelin qiyməti 80 dollara çatacaq", — deyə o bildirib.

   Birol, həmçinin qeyd edib ki, ABŞ OPEK-ə daxil olmayan ölkələr arasında neft hasilatının artırılması üzrə liderliyini davam etdirir.


06:45 23.02.2016
Xəbər lenti
Bütün xəbərlər