KANAL24.AZ
Az Iw En Ru

Musiqi məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert proqramı

   Fevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

   Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkar Ü.Hacıbəyliyə həsr olunan silsilə konsert proqramları və tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu istiqamətə reallaşan konsertlər gənclərin estetik tərbiyəsinə müsbət təsir etməklə yanaşı, həm də onların yaradıcılıq baxımından professional musiqiçi kimi yetişməsinə yardımçı olacaq. O, belə tədbirlərin keçirilməsini milli musiqimizlə yanaşı, görkəmli bəstəkarlarımıza olan hörmət və sevginin nəticəsi olduğunu bildirilib.

   Daha sonra 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.

   Konsertdə, həmçinin məktəbin kamera və kiçik simfonik orkestrləri tərəfindən “Ey vətən”, “Arşın mal alan” musiqili komediyasından uvertüra, “Sevgili canan”, “Aşıqsayağı” və. s musiqi əsərləri ifa olunub.


02:32 23.02.2016
Xəbər lenti
Bütün xəbərlər