KANAL24.AZ
Az Iw En Ru

Birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarov "2016-2017-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmr imzalayıb.
 
Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin online qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.

00:28 23.02.2016