KANAL24.AZ
Az Iw En Ru

İŞİD-in baş kəsəni öldürüldü

Britaniya snayperi hədəfi 1200 metr məsafədən məhv edib 
 
Britaniya xüsusi təyinatlı qüvvələrinin (SAS) snayperi Suriyanın şimalında 1200 метр məsafədən açdığı atəşlə İŞİD-in təlimçi-cəlladını məhv edib. Lent.az-ın məlumatına görə, bu barədə Britaniyanın “Deyli Star” nəşri xəbər yayıb.
 
Qəzetin yazdığına görə, cəlladın yeri barədə məlumat xüsusi təyinatlılara MI6 kəşfiyyat xidməti tərəfindən ötürülüb.
 
Cəllad təlim keçdiyi yerdə, kursantlara qurbanın başını necə kəsməyi öyrətdiyi an vurulub. Məhv edilən terrorçu “bölgənin baş cəlladı” sayılırmış.
 
Snayper, İsrail istehsalı olan Dan.338 vintovkasından istifadə edib.
 
Əməliyyatdan sonra xüsusi təyinatlılar geriyə - İraq ərazisinə qayıdıblar.

16:23 15.02.2016