KANAL24.AZ
Az Iw En Ru

30 il sonra yaddaşı yerinə gəldi

   Kanada vətəndaşı Sent Ketrinsin 30 ildən sonra yaddaşı yerinə qayıdıb. Belə ki, o uzun müddət keçməsinə baxmayaraq nəhayət ki, adını, eləcə də doğulduğu zamanı və məkanı xatırlayıb. 
 
   30 il bundan öncə amneziyaya uğrayan 51 yaşlı Sent sosial işçinin yanına gələrək adının Edqar Latyulip olduğunu və Ontarionun Kitçener şəhərində doğulduğunu deyib. Kanadalının sözlərinə görə, 1986-cı ildə, onun 21 yaşı olanda, əqli cəhətdən problemlər yaşayıb. Öz doğma şəhərindən Niaqara şəlaləsinə gedən yolda Latyulip başından ciddi zərbə alıb və beləcə kim olduğunu, harada yaşadığını unudub. Bütün bu illər ərzində onun adı itkin düşənlərin siyahısında olub. Hətta anası əlil olan oğlunun oğurlandığı qənaətinə gəlib. 30 il boyunca Latyulip Sent-Ketrinsdə, doğma şəhərindən saat yarımlıq məsafədə yaşayıb. Edqarın ailəsinə xəbər verilib ki, o, sağdır. Doğmalarını təsdiqlətməsi üçün ona DNK testi də edilib. Kişinin anası danışıb ki, oğlunun itdiyi ilk iki il özündə olmayıb. Bu hekayəni araşdıran detektiv Duyen Qinqeriç isə deyib ki, bu, onun təcrübəsində ilk belə hadisədir. 
 
 
  Onun sözlərinə görə, itkin düşdüyü zənn edilən şəxsin amneziya qurbanı olaraq başqa bir şəhərdə yaşaması faktına bu günə qədər rast gəlinməyib.

02:36 15.02.2016