KANAL24.AZ
Az Iw En Ru

Quşların ardınca düşüb bütün dünyanı gəzdi

   Amerikalı təbiətşünas Noa Striker 1 il ərzində  7 materik və 41 ölkəni gəzərək, quşlara tamaşa edib. Gənc alimin həvəskar kameradan lentə aldığı bu səyahət ona eyni zamanda dünya rekordu da qazandırıb.

29 yaşlı elm xadimi  antarktikadan arktikayadək keçdiyi bütün yerlərdə  ilk dəfə rastlaşdığı quşlara saatlarla tamaşa edib. Onların görüntüsünü lentə almağı da unutmayan səyyah bu gəzinti ilə uşaqlıq arzusunun reallaşdığını etiraf edib.

Oreqon universitetində dərs deyən elm xadiminin bu gəzintisinin  elmə hansısa fayda verib-verməyəcəyini zaman göstərəcək. Təbiətşünas alim qarşılaşdığı quşlarla bağlı yeni kitab üzərində işləyir. Hər halda 6042 növ quşla yaxından maraqlanmaq indiyədək heç bir təbiətşünasa nəsib olmayıb.

Qeyd edək ki, 2008-ci ildə quşların sorağına düşən Britaniyalı cütlük  4341 növ quşu izləməklə rekord vurmuşdu.


03:23 14.02.2016