KANAL24.AZ
Az Iw En Ru

Bayıl və Badamdarda təhlükəli vəziyyət yaranıb

Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur.


Kanal24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib.

Dəstə rəisi qeyd edib ki, Badamdar - 20-ci sahə yolunun sağ tərəfindəki yamacın bir neçə yerində kiçik ərazini əhatə edən çökmə prosesləri müşahidə olunub: "Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb".


00:21 13.02.2016