KANAL24.AZ
Az Iw En Ru

lham Mirzəyevin anası ölkə başçısından kömək istədi

3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən teleaparıcı İlham Mirzəyevin anası Prezident İlham Əliyevə müraciət edib. Gülarə Əlimuxtar qızı Mirzəyeva ölkə başçısından oğlunun birinci məhkumluğu olmasını nəzərə almağı və onu əfv etməyi  xahiş edib.
 
 İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. 
Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon Məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.
 
Hazırda onun səhhətində problemlər yarandığı bildirilir.

 

 


19:55 10.02.2016