"Barselona"nın futbolçusu Lionel Messi 500 qol səddini aşıb.
Bu, İspaniya kubokunun yarımfinalında "Valensiya"ya qarşı matçda (7:0) baş verib.
Sözügedən qarşılaşmada het-trikə imza atan argentinalı hücumçu futbolçu karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, L.Messi bu qolları 436-nı Kataloniya klubunda, 56-nı "Barselona"da vurub.