Bərdə rayonunda salınan 866 ailəlik yeni qaçqın qəsəbəsində “Qaçqın düşmüş musiqi” layihəsinə start verilib.
Layihənin məqsədi qəsəbədə məskunlaşan istedadlı gəncləri üzə çıxararaq ictimaiyyətə təqdim etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihəyə 20 gənc qatılıb. Layihənin sonunda həmin gənclərin iştirakı ilə musiqi festivalı keçiriləcək və ansambl formalaşdırılacaq.