KANAL24.AZ
Az Iw En Ru

FHN-in şahmat çempionatı keçirilib

FHN-in İdman Sağlamlıq Klubundan Kanal24.az-a verilən məlumata görə, Klub və FHN İşçilərinin Həmkarlar İttifaqı ilə birlikdə 25-29 yanvar tarixlərində şahmat üzrə çempionat keçirilib.

 

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 16 komandadan 70-ə yaxın əməkdaş iştrak edib. Yarış həm şəxsi, həm də komanda hesabında İsveçrə sistemi üzrə keçirirlib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunub.

Komanda hesabında qaliblər:

1-ci yer: Fövqəladə Hallar Naziliyinin Akademiyası
2-ci yer: Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
3-cü yer: Dövlət Yanğından Mühafizə Xidməti

Şəxsi hesabda qaliblər:

1-ci yer: Cəbiyev Vüqar (BVİM)
2-ci yer: Pişiyari Vaqif (DSXX)
3-cü yer: Behbudov Rəşid (MMQ)

Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilib.


01:26 30.01.2016
Xəbər lenti
Bütün xəbərlər