KANAL24.AZ
Az Iw En Ru

Bilal Əliyev: "Çirkin, murdar işlərdən əl çəkin"

Xalq artisti Bilal Əliyev sosial şəbəkədə ünvanına yazılan təhqirlərə əsəbiləşib.

 

Kanal24.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni “Bizimləsən” verilişində hüquq mühafizə orqanlarına şikayət etdiyini bildirib:

“Xoşagəlməz şərhlər yazırlar. Bunlar ya paxıl, ya da sənətdə olub, amma sənətdən başı çıxmayanların işidir. Verilişlərdəki çıxışlarımı internetə yerləşdirir, altından təhqirlər yazmışdılar. Mötəbər bir yerə zəng edib, dedim ki, baxın görün nələr yazılır. Dedilər, “Narahat olmayın, bu insanları nəzarətə götürmüşük”. Çirkin işlərə əl atanlar bilsinlər ki, hər bir kompüterin içərisində kiçik element yerləşdirilib. Bunun vasitəsiylə hamını izləmək olur. Çirkin, murdar işlərdən əl çəkin. Hüquq mühafizə orqanlarına müraciət etmişəm, şərhləri yazanlarla bağlı tədbir görüləcək”.


18:48 28.01.2016