KANAL24.AZ
Az Iw En Ru

İslam Oyunlarının proqramında dəyişiklik

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib.

Kanal24.az virtualaz.org-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.

Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib. Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.

Xatırladaq ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.


05:52 28.01.2016
Xəbər lenti
Bütün xəbərlər