53 yaşında.
“Wonderful life” mahnısı ilə tanınan məşhur müğənni Colin Vearncombe 53 yaşında həyatını itirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Black” qrupunun solisti avtomobil qəzası nəticəsində aldığı zədədən sonra dünyasını dəyişib.
Tanınmış musiqiçi 2 həftə əvvəl İrlandiyanın Kork hava limanı ətrafında qəzaya düşüb. Təcili xəstəxanaya yerləşdirib, bütün tibbi müdaxilələrə baxmayaraq, sonda onun həyatını xilas etmək mümkünsüz olub.