KANAL24.AZ
Az Iw En Ru

Premyer Liqada fasilə bitdi: XIX turun oyun cədvəli

Premyer Liqanın XIX turunun oyun cədvəli müəyyənləşib.

Kanal24.az Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir ki, fasilədən sonra reallaşacaq ilk turun oyunları şənbə və bazar günləri baş tutacaq.

30 yanvar (şənbə)

“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 14:00 (CBC sport)

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 16:30 (CBC sport)

31 yanvar (bazar)

“Xəzər Lənkəran” – “Rəvan”
“Xəzər Lənkəran” mərkəzi stadionu, 13:30 (CBC sport)

AZAL – “Qarabağ”
AZAL Arena, 15:00

“Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu, 17:30 (CBC sport)

Qeyd edək ki, AZAL klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək Premyer Liqanın XIX turunun “Qarabağ”la keçiriləcək oyununun vaxtının dəyişdirilməsini xahiş edib. Yarışların əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL AZAL – “Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi 30 yanvarda deyil, 31 yanvar tarixdə oynanılmasına qərar verib.


22:57 27.01.2016
Xəbər lenti
Bütün xəbərlər