KANAL24.AZ
Az Iw En Ru

Bəyannamələrin xidmət haqqına 70 faiz güzəşt - Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün tələb olunan rüsuma güzəşt edib.

Komitədən Kanal24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.


19:34 27.01.2016