KANAL24.AZ
Az Iw En Ru

"Aristokrat Tibb Mərkəzi" MMC 8 min manata kimi - CƏRİMƏLƏNƏ BİLƏR

"Aristokrat Tibb Mərkəzi" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 30 aprel 2024-cü il, saat 09%45-ə təyin edilib.


14:34 20.04.2024
Xəbər lenti
Bütün xəbərlər