KANAL24.AZ
Az Iw En Ru

Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür

Bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Ölkə
Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası
hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan
götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Hər bir Dövlət
Proqramında nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olunması yeni sənədin
qəbulunu bir zərurətə çevirmişdir.  Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları
fonunda yeni hədəflər müəyyənləşdirilib və onlara nail olmaq üçün mühüm addımlar atılır. Bu
gün qürurla işğaldan azad edilmiş əraziləimizin bərpasından və yenidən qurulmasından,
burada soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs
edirik. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail
olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən
qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında  bugünədək icrası
başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş
bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə,  imkanlarına
arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər
görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər
dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir
layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam
təmin etmiş olacaq.”
Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır: “Regionların malik olduqları
potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun
yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu
mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş
ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial
obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son
günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara
diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd
etdiyi kimi, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında
Sərəncam imzalandı, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər
ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi
əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal
torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.  İcra ediləcək yeni
layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu
əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq.
Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin
əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq,
xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.”
Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi prioritetlər sırasındadır:
“Bölgələr arasında ixtisaslaşmanın aparılması, onların malik olduqları resurslardan istifadəni
təmin etmək üçün həmin sahə ilə bağlı Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası
da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələyə
xüsusi diqqət göstərilir. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün
aparılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi də
bunun bariz nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı
torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq,
həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu reallığı
xüsusi qeyd etdi: “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum
məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.”
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi


08:40 18.04.2024
Xəbər lenti
Bütün xəbərlər