KANAL24.AZ
Az Iw En Ru

Ölkəmizdə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf yüksələn xətlə davam edir

Azərbaycanda sənaye də, kənd təsərrüfatı da dinamik inkişaf etdirilməkdədir. Kənd
təsərrüfatının inkişafı həm də ölkənin suvarma sistemi ilə bağlıdır. Bu baxımdan ölkə
başçısının yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı
yaxın gələcəyin gerçəkliklərinin başlanğıcı kimi tarixləşir. Bu tədbir Azərbaycanda yaxın
gələcəkdə kənd təsərrüfatının daha yüksək inkişaf səviyyəsinə nail olacağının zəmanətidir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, son illər
ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma
kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət
göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.
İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə
düşmüşdür.
Son illər ərzində əsas infrastruktur layihələri icra edildiyini xatırladan ölkə başçısı dedi:
“Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli
inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan
insanların məşğulluğu üçün şərait yaratmaqdır”.
Ölkədə qazlaşdırmanın səviyyəsinin 96 faizə çatdığını, elektrik enerjisi ilə təminatın və
yeni elektrik stansiyalarının yaradılmasnın geniş vüsət aldığını, növbəti illərdə hökumətin
qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifənin içməli su layihələri və
suvarma layihələri olacağını da bildirən cənab Prezident inamla bildirdi ki, “Erməni işğalına
görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam
rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su
anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir.
Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq
tam təmir edilib, ikinci kanal da təmir ediləcək”.
Hələ neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla
demişdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Güclü dövlət kimi
dünyanın əksər dövlətinin ehtiramı ilə əhatələnib, güclü ordu kimi torpaqlarını işğaldan azad
etdi, ərazi bütövlüyü tam təmin olundu. Ölkə başçımız cənab İlham Əliyev Şirvan su kanalının
təməlqoyma mərasimində çıxışında güc amili ilə bağlı yenə böyük qürurla, hər bir
azərbaycanlının qürurunu kükrədən qürurla dedi: “Azərbaycan dövləti güclü dövlətdir, öz
gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə
genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri,
infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il
ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir”.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri


22:39 17.04.2024
Xəbər lenti
Bütün xəbərlər