KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Konqo arasında çox böyük potensial var

Aprel ayının 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan
Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək
və geniş tərkibdə görüşləri keçirilib
Sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin
imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə “Azərbaycan Respublikası və Konqo
Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə
həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında
təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə
Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun
təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit,
Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı
idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd
edilib ki, iki ölkə arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli və
sanballı bir sənəddir. Bu sənəd Azərbaycan və Konqo arasında gələcək əməkdaşlığın
perspektivlərinin müəyyən edəcəkdir. Hər iki dövlər bundan sonra da qarşılıqlı dəstək
əsasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı
çərçivəsində qarşılıqlı fəaliyyətilərini davam etdirəcəklər. 2024-cü ilin yanvar ayına qədər
Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman
hiss etmişdir.
Bildirilib ki, görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi
aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı,
bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir.
Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində
hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil
alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və
bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu
noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib.
Prezident İlham Əliyev bildirilib ki, “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi
hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək
hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo
Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər.
Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3
faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda
bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir.
Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür
və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda
bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki
zəngin təcrübəsindən yararlanmaq olar.
Görüşün sonunda hər iki dövlətin başçısı Konqo ilə Azərbaycan arasında güclü dostluq
əlaqələri yaradılacağına əmin olduqlarını bildirdilər.
Elvin Rzayev,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri


08:54 08.04.2024
Xəbər lenti
Bütün xəbərlər