KANAL24.AZ
Az Iw En Ru

“Bu görüş gərginliyin yaranmasına gətirib çıxaracaq” - İlham Əliyev

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Kanal24 məlumatına görə, söhbət əsnasında Prezident İlham Əliyev bildirib ki, onun qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.


21:41 03.04.2024
Xəbər lenti
Bütün xəbərlər