KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Azərbaycan uzun müddətdir ki, NATO-nun müxtəlif proqramlarında çıxış edir, dünyanın
fərqli nöqtələrində sülhyaratma missiyalarına qatılır. Dövlətimizin bu addımı NATO rəhbərliyi
tərəfindən də yüksək qiymətləndirilməkdədir. Azərbaycan NATO-nun sülhyaratma
missiyasında iştirak etməklə yalnız bölgəmizdə deyil, dünyanın ən müxtəlif coğrafiyalarında
sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu göstərir. Bu baxımdan hesab
edirəm ki, NATO baş katibinin Bakı səfəri Azərbaycanla bu qurum arasında münasibətlərin
inkişafına təkan verəcək”.
Azərbaycanın NATO-nun Əfqanıstan missiyasına uzun illər verdiyi töhfə çox vacib idi:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq
davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və
Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub.
2021-ci ilin avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr hərbi
qulluqçularımız olublar. Bu isə bir daha Bakının Azərbaycan-NATO əməkdaşlığına güclü
sadiqliyini göstərir”.
Azərbaycanın Qoşulmama Hərəkatının üzvüdür və bu siyasətinə sadiqdir. O xatırladıb
ki, NATO-nun Baş katibi səfər əsnasında ölkəmizin beynəlxalq ekoloji təhlükəsizlik
istiqamətində atdığı addımlara da açıq dəstək ifadə edib, COP29-un əhəmiyyətini yüksək
qiymətləndirib: “Səfər əsnasında Yens Stoltenberq Azərbaycanın qlobal ekoloji təhlükəsizliyin
təmini istiqamətində atdığı addımlara da diqqət çəkib, bu addımların bəşəriyyət üçün mühüm
önəm kəsb etdiyini vurğulayıb. Habelə deyib ki, cari ilin noyabrında keçiriləcək COP29
dünyamızın ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu konfrans
bərpaedilən enerji mənbələrindən istifadə etməyin, “yaşıl enerji”yə keçidin nə qədər vacib və
zəruri olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, bu məqsədə çatmaq
üçün yeni istiqamətlər və yollar müəyyənləşdiriləcək.
Yens Stoltenberqin paytaxtımıza səfəri yalnız hərbi təhlükəsizlik deyil, həm də ətraf
mühitin mühafizəsi baxımından da önəmli səfər oldu. Bu səfər bir daha sübut etdi ki, dünya
birliyi, nüfuzlu beynəlxalq təşkilatlar dövlətimizin ekoloji siyasətini yekdilliklə dəstəkləyir,
bunun sadəcə Azərbaycanın və regionun deyil, bütün bəşəriyyətin rifahına xidmət etdiyini
başa düşür”.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri


23:25 18.03.2024
Xəbər lenti
Bütün xəbərlər