KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan – NATO:  faydalı tərəfdaşlıq və səmimi dialoq

Mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri
Azərbaycan və NATO arasında əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi. 
Bu ilin may ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət
ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə
alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbaycan üçün
tarixi hadisə sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. 
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan–NATO tərəfdaşlığının birinci tərəf üçün
faydalı olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT
layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahatlar bizim müdafiə imkanlarımızı
genişləndirdi, silahlı qüvvələrimizi müasirləşdirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu
faktı qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi
Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib. 
Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən
sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda
və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu,
bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu
müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü
sadiqliyimizi nümayiş etdirir”. 
Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə
etdiklərini bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql
etdiyini və onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəfdaş ölkəsi
olduğunu nəzərə çatdırıb. Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və
ümumavropa qaz təchizatçısı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm
böyük üstünlük, həm də ciddi məsuliyyət olduğunu bildirib.
Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi
barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara,
qazıntı yanacağına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji
mənbələrinə sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi
bu ilin noyabrında COP29-un qonağı qismində ölkəmizə səfərə dəvət edib.
NATO baş katibi Yens Stoltenberqin Bakıya səfərində Prezident İlham Əliyelə
görüşündən sonra səsləndirdiyi bir sıra mesajlar onu göstərir ki, Azərbaycanın bu hərbi
blokla əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq uzun
illərdir davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib.
Bizim hərbçilərimizin sülhməramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox
yüksək qiymətləndirildi. 
Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan
sonra da davam etdiriləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş
Türkiyə ilə strateji əməkdaşıq. Azərbaycan Silahlı Qüvvələrində NATO modeli yüksək
səviyyədə tətbiq olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək
qiymtləndiririk, eyni zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini
bildirdi ki, belə qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək. 
Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyalarında, müxtəlif proqramlar
çərçivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu
niyyət kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


23:24 18.03.2024
Xəbər lenti
Bütün xəbərlər