KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələr daha da genişlənəcək

Azərbaycanla Gürcüstan arasında münasibətlər təkcə siyasi əlaqələrlə məhdudlaşmır,
münasibətlər iqtisadi, mədəni əlaqələrlə də möhkəmlənir. Gürcüstan Gürcüstanda yaşayan
azərbaycanlıların da Vətəni olduğu kimi, Azərbaycan da Azərbaycanda yaşayan gürcülərin
Vətənidir. Neçə əsrlərdi bu iki xalq mehriban qonşuluq şəraitində yaşayır.
Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr beynəlxalq əlaqələr səviyyəsində inkişaf
etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada
fəaliyyətə başlaması böyük nailiyyətlərdən biri olacaqdır. Yaxın vaxtlarda bu dəmir yolunun
ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq, fəaliyyəti bir çox ölkələrin də
diqqətini çəkəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 16-da
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata
verdiyi bəyanatda bunlar haqqında da məlumatlar verdi, qeyd etdi ki, “Avropa qitəsində
Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq
üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları
genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji
təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi
çıxış edir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat konfransında həm
də re¬gionda siyasi vəziyyəti hərbi vəziyyətə gətirən səbəblərdən, bu vəziyyəti aradan
qaldıran qətiyyətdən də söz açdı: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi
bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq
beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu
dəstək davam edəcək”.
Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat konfransında
dediyi kimi, “Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki
qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran
bütün vəzifələri birlikdə həll edəcəkdir”.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi
uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni
müvəffəqiyyətlə icra ediləcəyindən də danışılan mətbuat konfransında qeyd olunduğu kimi,
ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu,
ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Ölkələrimiz arasında
əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-
Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Bu da onu göstərir ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər dünyəvi
siyasətin tələbləri səviyyəsində qurulub.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru


21:06 18.03.2024
Xəbər lenti
Bütün xəbərlər