KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilən beynəlxalq platforma

Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi
dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər
Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq
təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya
dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi
qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və
digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu
gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni
zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos
Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin
müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli
sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu
alıb. Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. XI Qlobal Bakı
Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıb,
70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki,
Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib: “Düşünürəm ki,
Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər
vacibdir”.
Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi
Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi
dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev
Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı
problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın
gücünün, inkişafının rəmzinə çevrilib. Belə ki, martın 14-də keçirilən X Qlobal Bakı Forumu
“Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan Forumda hazırda bütün dünyanı
narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev martın 14-də XI Qlobal Bakı Forumunun açılış mərasimindəki
çıxışında söyləyib ki, sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox
hadisələr baş verib: “Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin tam bərpasıdır”.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd
edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini
gördük”.
Zaman göstərdi ki, biz haqq yolundayıq. Bu gün regionda vəziyyət dəyişir və böyük
dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü
tamamilə bərpa edərək böyük tarixi zəfərə imza atıb. İndi suveren, bütün ərazi bütövlüyü
təmin olunmuş qüdrətli Azərbaycan dövləti mövcuddur! Hazırda işğaldan azad olunmuş
torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və
əməlinin vəhdətinin nümayişidir.
Prezident İlham Əliyev Forumunda çıxışı zamanı Fransanın ölkəmizə qarşı qərəzli
mövqeydə olduğunu deyib: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə
ziddir”.
1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət
istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ
müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu
vurğulayıb.

Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə
sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş
vandalizm aktları barədə də məlumat verib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz
suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların
nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi
qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim
ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.
Beləliklə, Prezident cənab İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin
həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi XI Qlobal
Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın
yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq
qalacaq.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


09:37 16.03.2024
Xəbər lenti
Bütün xəbərlər