KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılış mərasimi keçirilmişdi r

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, "Məsul" İdman
Cəmiyyəti və Kənd Qida Həmkarlar İttifaqları Federasiyasının birgə qərarı ilə 25 noyabr
2023-cü il tarixində Sabirabad Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin
100 illiyinə həsr olunan respublikanın 20 rayonundan olan kənd idmançılarının və Vətən
Müharibəsi qazilərinin iştiraki ilə XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının
açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədr müavini Hikmət Osmanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin
Cabbarov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri
Binyamin Mənsimzadə, "Məhsul" İdman Cəmiyyətinin sədri Rasim Əliyev, Mil-Muğan
Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının
sədri Varis Rüstəmov, Həmkarlar İttifaqları İdman Klubları və İdman Cəmiyyətlərinin sədrləri
və digər rəsmi şəxslər iştirak etmişlər. Spartakiadanın təqvim planına idmanın 7 növü daxil
edilmişdir.
Spartakiadanın açılış mərasimindən sonra yaşıllıqların artırılmasına, ətraf mühitin
sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü
ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları adından Həmkarlar İttifaqlarının
balansında olan Sabirabad rayon mərkəzi stadionunda keçirilən ağacəkmə aksiyasında
100 ədəd şam ağacı əkilmişdir.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini
yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.


16:03 26.11.2023
Xəbər lenti
Bütün xəbərlər