KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon birinciliyi keçirilib

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin
təşəbbüsü və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo idman
növü üzrə yeniyetmə və gənclər arasında Sabirabad rayon birinciliyi keçirilib.
Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanan yarışda, şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İnzibati-təşkilati sektorunun müdiri
Hikmət Bağırlı çıxış edərək idmançılara uğurlar arzulayıb
Yarışda ümumilikdə 70 yeniyetmə idmançının iştirak ilə hər çəki dərəcəsində I, II və III
yerləri tutan güləşçilər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları
ilə təltif olunublar.
Yarışın sonunda idmançılarla birlikdə xatirə fotosu çəkilmişdir.


16:03 25.11.2023
Xəbər lenti
Bütün xəbərlər