KANAL24.AZ
Az Iw En Ru

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sabirabadda növbəti ağacəkmə aksiyası keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da
ağacəkmə aksiyası davam etdirilir. Növbəti aksiya Sabirabad Rayon İcra
Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə
həyata keçirilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın
qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət
vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin
yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji
mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Dahi rəhbər
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin
təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sabirabad şəhər mərkəzi stadionunun ərazisində keçirilən növbəti
aksiyada 1000 ədəd həmişəyaşıl və dekorativ ağaclar əkilmiş, quruyan ağaclar
yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə cari ildə Sabirabad rayonu ərazisində
20 minə yaxın ağac əkilmişdir. Hazırda ağacəkmə aksiyası davam etdirilir.


16:02 17.11.2023
Xəbər lenti
Bütün xəbərlər