KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda region gənclərinin iştirakı ilə həyata keçirilən "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar keçirilmişdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği
Fondu tərəfindən 14-16 noyabr tarixlərində Sabirabad rayonunda gənclər üçün Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil
olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihəsi çərçivəsində seminar keçirilib. 
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən
Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Azərbaycan
İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Yeni
Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan
Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev üçgünlük seminarın mövzusu və
əhəmiyyəti baradə məruzələrlə çıxış ediblər. 
Seminarda Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə
doktoru Asəf Qənbərovun "Müasir dünyada ənənə və gənclik" adlı mühazirəsi dinlənilib.
Mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb. 
Qeyd edək ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq
məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi
məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Sabirabad rayonu ilə yanaşı, Şirvan, İmişli və
Saatlı rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirak etmişdir. 
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və
diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış "Heydər Əliyev 100: Mənəviyyata bağlı
ömür", "Müzəffər Komandan" və "Dəyərlərimizin dastanı" adlı sənədli filmlərin nümayişi,
rayon ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, "Dəyərlərimizi öyrənək" adlı
intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.


16:01 16.11.2023
Xəbər lenti
Bütün xəbərlər