KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Atletika üzrə oğlan və qızlar arasında Sabirabad rayon birinciliyi keçirilib

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin
təşəbbüsü və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Sabirabad
şəhər stadionunda atletika üzrə 2007-2008-cı il təvəllüdlü oğlan və qızlar arasında rayon
birinciliyi keçirilib.
Yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman
növlərinin Sabirabadda inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və
gənclərin idmanın bu növünə marağının artırılması, olimpiya dəyərlərinin və sağlam həyat
tərzinin təbliği, perspektivli idmançıların üzə çıxarılması, həmçinin rayon komandasının
tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda 40-a yaxın atlet qüvvəsini sınayıb.
Açılış mərasimində birinciliyin məqsəd və qaydaları haqqında məlumat verildikdən
sonra yarışa start verilib.
100, 200, 500 metr məsafəyə qaçışda I, II və III yerləri tutan idmançılar Mil-Muğan
Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.


16:00 15.11.2023
Xəbər lenti
Bütün xəbərlər