KANAL24.AZ
Az Iw En Ru

8 Noyabr - Zəfər Günü münasibətilə Sabirabad rayonunda “Zəfər” Musiqi və Teatr Festivalının konsert proqramı keçirilmişdir

8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş
“Zəfər” Musiqi və Teatr Festivalının növbəti konsert proqramı Azərbaycan Dövlət Mahnı
Teatrının kollektivinin ifasında Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
Tədbirdən öncə Sabirabad RİH-nin rəhbər işçiləri, Mil-Muğan Regional Mədəniyyət
İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşları,
Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblının rəhbəri Mirxalid Salayev və
ansamblın üzvləri rayonun mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini
ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı tarixi zəfərimizə həsr etdiyi
rəngarəng musiqi proqramı ilə çıxış etmişlər. Konsertdə ansamblın solistləri ölkəmizin
tanınmış incəsənət xadimləri, Azərbaycan Respublikasının xalq artistləri Gülyaz
Məmmədova və Heydər Anatollu, həmçinin Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Fəxri
Kazım-Nicat, Aynur İsgəndərli də çıxış ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.


15:59 02.11.2023
Xəbər lenti
Bütün xəbərlər