KANAL24.AZ
Az Iw En Ru

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabadda “Karate-Do” idman növü üzrə rayon birinciliyi keçirilmişdir

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra
Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə "Zərbə Karate-Do" idman zalında yeniyetmə və gənclər
arasında “Karate-Do” idman növü üzrə Sabirabad rayon birinciliyi keçirilmişdir.
Birincilikdə Sabirabad idmançıları ilə yanaşı Şirvan şəhərinin idmançıları
da iştirak etmişdir. Yarışa ümumilikdə 40 nəfərdən artıq idmançı qatılmışdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin
yekununda qalib idmançılar diplom və medallarla təltif olunmuşdur.


19:07 29.10.2023
Xəbər lenti
Bütün xəbərlər