KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda
dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sabirabad Rayon İcra
Hakimiyyətinin başçı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri, YAP Sabirabad rayon
təşkilatının fəal üzvləri, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin və gənclərin nümayəndələri
iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını
qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər dünya azərbaycanlılarının müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiklərini vurğulayıblar. Ulu
Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə dahi şəxsiyyətin xilaskarlıq missiyası,
Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərinin xüsusi minnətdarlıqla xatırlandığı
diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin
təminatçısı, həmçinin onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər
Əliyevin siyasi irsi, ölməz ideyaları və inkişaf kursu onun vəfatından sonra da yaşayır,
Prezident İlham Əliyev uğurla davam etdirilir. Bu bir reallıqdır ki, son bir neçə əsrdə
Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə, Müzəffər Komandan olmayıb. Prezident
İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısı, layiqli davamçı, ata
vəsiyyətini yerinə yetirməyi bacaran xoşbəxt övladdır.
Çıxışlardan sonra tədbir səmimi söhbətlə davam etdirilib.


19:06 27.10.2023
Xəbər lenti
Bütün xəbərlər