KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda kitab sərgisi keçirilib

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyi və dövlət müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümü münasibətilə Sabirabad
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı ilə Sabirabad Peşə Liseyində "Heydər Əliyev Müstəqil Azərbaycanın
Qurucusudur" mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər Heydər Əliyevin həyat və
fəaliyyətindən bəhs edən kitab sərgisi keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz və unudulmaz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva 18 Oktyabr - Müstəqilliyin
Bərpası Günü münasibətilə şagirdləri təbrik etdi, Azərbaycanın müstəqil dövlət kimi
möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident
İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini vurğuladı.
Qeyd olundu ki, Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının
böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi
qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində
iqtisadiyyatımız gücləndi, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində
atəşkəs əldə edildi.
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Ulu Öndər Azərbaycanın
müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.


19:05 17.10.2023
Xəbər lenti
Bütün xəbərlər