KANAL24.AZ
Az Iw En Ru

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Əbədi Yaşar İnsan” mövzusunda Sabirabadda kitab sərgisi keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev
Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Dövlət
Sosial İqtisad Kollecində "Əbədi Yaşar İnsan" mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər
Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz
və tarixi xidmətlərindən bəhs edən kitab sərgisi nümayiş olunub. Dərsdə III kurs tələbələri
iştirak edib.
İlk öncə Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyü, azadlığı və suverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən savaşda
canından keçən qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva bildirib ki, Ulu Öndər Heydər
Əliyev Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən,
ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran, xalqımızın böyük oğlu - Dahi
Şəxsiyyətdir.
Dahi Şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan
Azərbaycanın vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Heydər Əliyev həyatı boyu
hansı məqamda və vəzifədə olmağından asılı olmayaraq ürəyi daim Azərbaycanla döyünüb.
Səlmi Mehtiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə
bilməyəcək bir ömür əbədilik qazandığını və Heydər Əliyevin həyatı və fəaliyyətinin
gənclərimiz üçün əsl məktəb olduğunu, hər kəsin bu məktəbdən bəhrələnməyinin vacibliyini
vurğulayıb.


19:03 04.10.2023
Xəbər lenti
Bütün xəbərlər